Qriqoryan Ukrayna üzrə "sülh sammiti"ndə iştirak edəcək
14 İyun 2024
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukrayna üzrə sülh sammitində iştirak edəcək, Şuranın mətbuat katibi bildirib.
O, İsveçrənin Nidvalden şəhərinə rəsmi səfərə gedəcək və orada keçiriləcək "Ukraynada sülh formulu" sammitində iştirak edəcək. Səfər zamanı Təhlükəsizlik Şurasının katibi Parisə də gedəcək. Orada iş görüşləri planlaşdırılır.
İlkin məlumatlara görə, sammitdə 90-a yaxın ölkə iştirak edəcək.
Moskva sammitin potensial iştirakçılarını bu tədbirdə iştirakdan çəkindirməyə çalışır.