Qriqoryan Sankt-Peterburqdakı təhlükəsizlik forumunda iştirakdan imtina edib
24 Aprel 2024
Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin XII Beynəlxalq görüşündə iştirak etməyəcək.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurası katibinin birinci müavini Raşid Nurqaliyev bildirmişdi ki, tədbirin əsas mövzularından biri formalaşmaqda olan çoxqütblü dünya kontekstində informasiya təhlükəsizliyi olacaq.