Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qriqoryan: "Rusiya sərhədçilərinin Türkiyə və İranla sərhəddə qalmasını xahiş etməmişik"

“İrəvan Moskvadan Rusiya sərhədçilərinin Ermənistanın Türkiyə və İranla sərhədində qalmalarını xahiş etməyib, çünki bu məsələ razılaşma yolu ilə tənzimlənir”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai televiziyasının efirində deyib.

A.Qriqoryan vurğulayıb ki, İrəvan Moskvaya sərhədçilərin Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd-keçid məntəqəsindən, Sisian və Qorisdə Rusiya sülhməramlılarına dəstək verən iki bazadan çıxarılmasını xahiş edib.

Ermənistanın Rusiya sərhədçilərindən Türkiyə və İranla həmsərhəd ərazilərdə qalmalarını xahiş edib-etmədiyini soruşduqda A.Qriqoryan: “Bizim belə bir xahişimiz olmayıb”, - deyib.