Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qonşuluqda böyük müharibə riski - Bizi nə gözləyir?

“Eurasia Group” konsaltinq şirkəti 2022-ci ildə dünyanı gözləyən risklərlə bağlə hesabat hazırlayıb.

Hesabatda pandemiya və iqlim probleminin bu ildə də əsas risk olaraq qalacağı bildirilir.

- Dünyanın rəqəmsallaşma sürəti artacaq;
- ABŞ Rusiya və Çinə qarşı hərbi həmlələri məhdudlaşdıracaq: Tayvanda hərbi addımlar qarşılıqlı olaraq atılsa da, Çin də, ABŞ da hərbi eskalasiyadan qaçacaq;
- 2022-ci ildə ABŞ-da Konqresə keçiriləcək ara seçkilərdə Trampın yenidən aktivləşməsi Vaşinqtonun diqqəti daxilə yönəltməsinə səbəb olacaq;
- Çin də pandemiya və sıfır COVID siyasətinə görə diqqəti daxilə yönəldəcək;
- ABŞ və Çinin diqqəti daxilə yönəltməsi xaricdə boşluqlar yaradacaq: xüsusilə Baydenin xarici siyasətdə doğru olmayan gedişləri regional toqquşmaları artıra bilər;
- Rusiya Ukraynaya qarşı hərbi addımlarından geri çəkilməyəcək: Bayden Administrasiyasının əlində Rusiyaya qarşı istifadə edə biləcəyi güclü kart yoxdur, Moskva da bu vəziyyəti fürsətə keçirib Ukraynadakı NATO təhdidini aradan qaldırmaq üçün həmlələrini gücləndirəcək;
- ABŞ İsrail-İran qarşıdurmasında da passiv qalacaq: Bayden Administrasiyasının İranla bağlı B planının olmadığı bildirilir; İsrail isə İrana hücum etmək məsələsində qərarlıdır; hadisələrin bu istiqamətdə inkişafı neft qiymətlərinə də təsir edə bilər;

(Qeyd: İsrail-İran toqquşması Azərbycanın qonşuluğunda yeni müharibə riskini artırır və baş verənlər bizim də regiona təsirsiz ötüşməyəcək).

- ABŞ və Türkiyə arasında F-35-dən sonra F-16-ların müasirləşdirilməsində də böhran yarana bilər;
- Şərqi Aralıqda da gərginlik gözləniləndir;
- Yaxın Şərqdə və Qara dəniz bölgəsində də gərginlik davam edəcək.