Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qiymət artımı davam edir...

Bu ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,6%, ötən ilin noyabr ayı ilə müqayisədə 112,1% olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata əsasən, ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, azalma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə olunub.

Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.