Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Qırmızı şeytanlar” da Ronaldunu ram edə bilmir

Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

37 yaşlı hücumçu "qırmızı şeytanlar"ın baş məşqçi seçimindən razı qalmasa, mövsümün sonunda ayrılacaq.

Portuqaliyalı forvard almaniyalı mütəxəssis Ralf Ranqnikin postunda qalmasının əleyhinədir.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrda Ranqniki baş məşqçi təyin edib. Sözləşməyə əsasən, o, mövsümün sonunadək komandaya rəhbərlik edəcək. Ronaldu cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu Çempionlar Liqasının qrup mərhələsində çıxdığı 5 qarşılaşmada 6 qolla yadda qalıb.

Ronaldu "Mançester Yunayted"ə 2021-ci ilin avqustunda qayıdıb. Buna qədər o, 3 il (2018-2021) "Yuventus"da oynayıb, 2009-2018-ci illərdə isə Real Madrid klubunun şərəfini qoruyub. Öz növbəsində, Ral Madrid-ə 6 il formasını geydiyi "Mançester Yunayted"dən transfer olunub.