Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəzzada "Mücahid Briqadaları"nın rəhbəri məhv edilib

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında radikal "Mücahid Briqadaları" ("Kətaib əl-Mücahid") qruplaşmasının rəhbərinin məhv edildiyini açıqlayıb.

Bu barədə Ordunun Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

"İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin Qəzza zolağında keçirdiyi birgə əməliyyat zamanı son illərdə bu bölgədə "Mücahid briqadaları" terror təşkilatına rəhbərlik etmiş terrorçu Əsəd Əbu Şaraya məhv edilib", - məlumatda bildirilib.

İsrail ordusu 2023-cü il oktyabrın 7-də İsrailə edilən hücumda "Mücahid Briqadaları"ndan olan radikalların da iştirak etdiyini, insanları oğurlayıb girov saxladığını xatırladıb.