Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qətər İranın iki Su-24 təyyarəsini vurub

Qətər İran tərəfindən uçan iki Su-24 təyyarəsini vurub.

Bu barədə ölkənin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Yüksək döyüş hazırlığı səviyyəsi və müvafiq qurumlar arasında birgə koordinasiya sayəsində Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri İran tərəfindən uçan iki təyyarəni (SU-24) uğurla vurub. Həmçinin HHM sistemləri 7 ballistik raketi və 5 pilotsuz uçuş aparatını uğurla ələ keçirib", - məlumatda deyilir.

Qurumun məlumatına görə, təhdid əməliyyat planına uyğun olaraq dərhal aradan qaldırılıb və bütün raketlər hədəflərinə çatmadan vurulub.