Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qəribabadi: İran ABŞ-dan nə danışıqlar, nə də atəşkəs istəyib

İran ABŞ-dan nə danışıqlar aparmağı, nə də atəşkəs elan etməyi xahiş edib.

Bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi SNN telekanalına müsahibəsində bildirib.

O, ABŞ Prezidenti Donald Trampın son günlər İranın danışıqlara can atdığı barədə səsləndirdiyi fikirləri təkzib edib.

"Yeni qarşıdurma başlayandan ötən 16-17 gün ərzində İran heç bir dəfə ABŞ-a danışıqlar təklifi ilə müraciət etməyib. Biz amerikalılardan atəşkəs də istəməmişik. Əksinə, təmasların təşəbbüskarı ABŞ tərəfi olub", - deyə Qəribabadi vurğulayıb.