Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda yüksək vəzifəli məmur öldürüldü

Almatıda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının binası uğrunda atışma olub.

Bu barədə “Sputnik Kazaxıstan” məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyasının iştirakçıları akademiyanın binasını ələ keçirməyə cəhd göstəriblər. Qazaxıstan KİV-lərinin yazdığına görə, Sərhəd Xidməti Akademiyasının rəisi müəssisənin binasına hücum zamanı öldürülüb.

Akademiyanın müdavimləri hücumçulara qarşı mübarizə aparıblar. Yerli mənbələrin yaydığı məlumata görə, müdavimlərə akademiyanın rəisi başçılıq edib, o, sərhədçi kursantların fəaliyyətini idarə edirmiş.