Qazaxıstanda toqquşmalarda yüzlərlə adam öldürülüb
06 Yanvar 2022
Qazaxıstanın Almatı şəhərində meriya binasının qarşısındakı meydanda hərbçilərlə silahlı şəxslər arasında şiddətli atışma baş verib.
Bu barədə hadisə yerində olan xarici ölkənin jurnalistləri məlumat yayıb.
“Meydanı iğtişaşçılardan təmizləmək üçün əraziyə hərbçilər yeridilib. Tərəflər arasında şiddətli atışma gedir”, - deyə məlumatda qeyd olunur.
Baş verən hadisələr fonunda Almatı şəhərində hüquq-mühafizə orqanları talan və soyğunçuluqla məşğul olanlara qarşı əməliyyata başlayıb.
Əlavə olaraq qeyd olunur ki, etirazçılar inzibati binaları və avtomobilləri yandırıb, vitrinləri və bankomatları sındırıb, bir neçə ən böyük ticarət mərkəzini qarət ediblər.
Qeyd edək ki, iğtişaşlar nəticəsində şəhərə böyük ziyanın dəyib.
Bəzi məlumatlara görə, toqquşmalar nəticəsində ölənlərin sayı 200-250 nəfər arasındadır. Telegram səhifələri şəhər morqlarının meyitlərlə dolu olduğunu xəbər verirlər. Bundan əlavə, küçələrdə insanların öldürülməsini əks etdirən videolar yayılır.