Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstanda şaxtada qəza nəticəsində 28 nəfər ölüb

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində 28 nəfər ölüb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Qəza zamanı şaxtada 252 nəfər olub. Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib", - açıqlamada deyilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

Nazirlər Kabinetindən isə vurğulanıb ki, Karaqandadakı mədəndə insanların həlak olduğu "Arcelormittal Temirtau" şirkəti dövlətə təhvil veriləcək.