Qazaxıstanda bütün banklar fəaliyyətini dayandırdı
06 Yanvar 2022
Qazaxıstanda bütün maliyyə institutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Milli Bankın mətbuat katibi Oljas Ramazanov “Xəbər 24” telekanalının efirində bildirib.
“Yanvarın 6-dan bütün ikinci dərəcəli bankların və Qazaxıstan birjasının işi dayandırılacaq”, - Ramazanov qeyd edib.
O bildirib ki, bu barədə qərar Milli Bank və Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən internetin müvəqqəti sıradan çıxması nəzərə alınmaqla, eləcə də maliyyə qurumlarının əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
“Halyk Bank”ın Nur-Sultandakı filialında böyük növbə yaranıb. Digər banklar bağlandığı üçün insanlar oradan pulları dəstə-dəstə çıxarırlar. İnternet olmadığından mağazalarda nağdsız ödəniş də yoxdur.