Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan Prezidenti Nazarbayevi vəzifədən kənarlaşdırdı: "Maksimal sərt olacağam"

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

“Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.

Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini vurğulayıb.

Kasım-Jomart Tokayev dövlət başçısı və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri olaraq qanunları pozanlara qarşı maksimal sərt olacağını da qeyd edib.

“Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək. Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Gəlin bu məsələdən güclü çıxaq”, - o bildirib.

Dövlət başçısı hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərin də olduğunu açıqlayıb.

“Yaxın zamanda Qazaxıstanın siyasi transformasiyası ilə bağlı təklif paketi ilə çıxış edəcəyəm”, - Prezident vurğulayıb.