Qazaxıstan od tutub yanır: Toqquşmalar var, ölkədə fövqəladə vəziyyət elan olunub
05 Yanvar 2022
Qazaxıstan polisi maye qazın qiymətlərinin kəskin artmasına etiraz edənlərə qarşı güc tətbiq edib. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Kadrlar Qazaxıstanın Atırau şəhərində lentə alınıb.
Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz edirlər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.
Etiraz aksiyalarından sonra Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngə (0,11 dollara və ya 20 qəpik - red.) endirilməsi barədə qərara gəlib. Bu barədə yanvarın 4-də Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hökumət komissiyası Aktau şəhərinin İntımak meydanına toplaşan fəallarla görüşüb və Aktau şəhərinin təşəbbüs qrupu ilə danışıqlar zamanı maye qazın qiymətinin aşağı salınması barədə qəbul edilmiş qərarı açıqlayıb.
Bundan başqa yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı müşavirə keçirəcəyi elan edilib.
Amma maye qazın qiymətinin aşağı salınmasına baxmayaraq etirazlar davam edir. Nümayişçilər ölkə hökuməti qarşısında digər sosial-iqtisadi xarakterli tələblər irəli sürüblər. Artıq ölkə prezidenti Qasım Jomart Tokayev də öz “Twitter” səhifəsindən etirazçılara müraciət edib. O, həmin tələblərin sabah baş tutacaq hökumət iclasında nəzərdən keçiriləcəyini bildirib.
Günün sonuna yaxın Almatıda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Etirazçılar şəhərin Respublika meydanına toplaşıb. Əraziyə çox sayda asayiş keşikçisi cəlb olunub.
Az sonra polis əməliyyat keçiririk, etirazçıları dağıtmağa başlayıb. Nümayişçilərlə polis arasındakı toqquşmalarda sonuncular kütləyə qarşı işıq və səs qumbaralarından, həmçinin gözyaşardıcı qazdan istifadə ediblər.
Ölkədə internetlə bağlı problemlərin yaşanır. Telegram və Whatsapp fəaliyyət göstərmir. Videomaterialların dünya ictimaiyyətinə çatdırılması bir neçə saat gecikir. Respublika meydanından qovulan etirazçıların şəhərin mərkəzi küçə və prospektlərilə hərəkət etdiyi qeyd olunur.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında sərəncamlar imzalayıb.
Buna səbəb kimi ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi göstərilib.
Fövqəladə vəziyyətin 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacağı bildirilir.