Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan Navalnının silahdaşının ekstradisiyasını dayandırıb

Qazaxıstan rusiyalı fəal, mərhum müxalifətçi Aleksey Navalnının Sankt-Peterburqdakı qərargahının keçmiş işçisi Yuliya Yemelyanovanın ekstradisiya prosesini dayandırıb. Proses fəalın qaçqın statusu ərizəsinə baxılanadək dayandırılıb. Məlumatı "Ark" insan haqları layihəsi vəkilə istinadla yayıb.

İş üzrə növbəti məhkəmə iclası fevralın 27-də keçiriləcək.

Qazaxıstan Baş Prokurorluğu daha öncə Rusiyanın Yemelyanovanın ekstradisiyası ilə bağlı tələbini təmin edib. Müdafiə tərəfi qərardan Qazaxıstan Ali Məhkəməsinə apellyasiya şikayəti verməyi planlaşdırırdı.

Rusiyanın Müharibəyə Qarşı Komitəsi Y.Yemelyanovanın Rusiyaya deportasiya riskinin xeyli yüksək olduğunu düşünür. "Qazaxıstan rusiyalılar üçün qəti şəkildə təhlükəli ölkəyə çevrilib. Bu, insanların prosessual normaları pozaraq, müdafiə hüququndan məhrum edərək sürətləndirilmiş ekstradisiyasına ən azı dördüncü nümunədir", – "Müharibəyə Qarşı Komitənin Konsulları" layihəsinin vəkili Marqarita Kuçuşeva belə deyib.

Y.Yemelyanova "Emigration for Action" və "Just Help" layihələrinin fəalıdır. O, ötən il avqustun 31-də Almatı hava limanında başqa ölkəyə tranzitlə uçarkən saxlanılıb. Rusiya hakimiyyəti Yemelyanovanı oğurluq maddəsi ilə axtarışa verib: onun taksi sürücüsündən mobil telefon oğurladığı iddia edilir. Hazırda o, Almatı kənarında istintaq təcridxanasında ekstradisiya həbsi altında saxlanılır.