Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxıstan Ermənistana silah göndərməsi xəbərini təkzib edib

Qazaxıstan Müdafiə Nazirliyi Ermənistana hərbi texnikanın göndərilməsi barədə xəbərləri təkzib edib.

«Qazaxıstan silahının guya Ermənistan Respublikasına göndərilməsilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil. Bundan əlavə, 2022-ci ildən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub. Bununla əlaqədar  vətəndaşlardan və kütləvi informasiya vasitələrindən yayılan şayiələrə reaksiya verməməyi, yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi xahiş edirik", - Qazaxıstan hərbi idarəsinin rəsmi məlumatında deyilir.

Bundan öncə KİV-də Ermənistanın müdafiə naziri Suren Papikyana istinadən məlumat yayılıb ki, Qazaxıstandan "Smerç", "Solntsepek" və "Nayza" yaylım atəşli reaktiv sistemlərin, habelə "Semser" özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilələr imzalanıb. Bundan əlavə, TOC-1A yaylım atəşli reaktiv sistemin  göndərilməsi üçün müqavilənin hazırlandığı bildirilib.