Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qayınanasını yandırdı, özü öldü, qayınana sağ qaldı...

Rusiyanın Novokuznetsk şəhərində qohumlar arasında yaranmış münaqişə səbəbindən kürəkən qayınanasını yandırıb. Lakin iş elə gətirib ki, təqaüdçü qarı sağ qalıb, kürəkən isə yanaraq ölüb.


Pressklub.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, kürəkən mənzilə iki konteyner yanacaq gətirərək, evi və qayınanasını yandırmaq istəyib. Lakin özü alovlanıb və hadisə yerində ölüb. Yanan mənzildən 70 yaşlı qadın xilas edilib.


Xəstəxanada zərərçəkənin də döyüldüyü məlum olub: ona üz sümüklərinin sınığı və qolunun çıxması, həmçinin çoxsaylı yanıqlar diaqnozu qoyulub. İndi həkimlər yaşlı qadının həyatı üçün mübarizə aparır.