Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaxın icra başçısı vəzifəsindən azad edilib və həbs olunub

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Səbail rayon Məhkəməsində keçirilən prosesdə isə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Xatırladaq ki, M.Şəkiliyev 2010-cu ildə bu vəzifəyə təyin edilmişdi.