Qaxın icra başçısı, müavinləri və rayonun bir neçə rəsmi şəxsi saxlanılıb
20 İyun 2025
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib.
Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Onların barəsində rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır. Hazırda onlar Bakıya gətirilir.
DTX istintaq hərəkətlərini davam etdirir.