Qarşıdurma ciddiləşir - Gürcüstanda “Xarici təsir” qanununu prezidentin əvəzinə spiker imzalayacaq
29 May 2024
“Xarici təsir” qanununu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq.
Bu barədə spiker jurnalistlərə açıqlamasında bildirib.
O, vetonun götürülməsindən sonra qanunun imzalanması üçün Prezidentə göndərildiyini qeyd edib.
“Qanun dünən Prezident Administrasiyasına göndərilib. Böyük ehtimal ki, o qanunu imzalamayacaq, ona görə də qanunu mən özüm imzalayacam”, - Papuaşvili deyib.
Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.