Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qaraqalpaqda fövqəladə vəziyyət rejimi tətbiq edildi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov “Telegram” kanalında bildirib.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, - deyə o qeyd edib.