Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağı Azərbaycanın tərkibində muxtariyyət kimi tanımalı idik - Paşinyan

“2018-ci ilin aprelində artıq elə vəziyyət yaranmışdı ki, Ermənistan istər-istəməz ya güzəştə getməliydi, ya da müharibəyə başlamalıydı. 2018-ci ildə Dağlıq Qarabağla bağlı ən böyük problem bu idi”. Bunu iyunun 12-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.

“Öz-özümə sual verdim - yaxşı, bu gün güzəştə getsək, sabah yenə növbəti güzəştə getsək... Güzəştlər hara qədər gedəcək? O zaman bu suala cavab verə bilmədim.

İndi bu suala cavabım varmı? Bəli, var! Bu gün bu sualın cavabı belədir  — Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisi”, - deyə baş nazir bildirib.

Paşinyanın fikrincə, o zaman bunu qəbul etsəydilər və Dağlıq Qarabağı Azərbaycanın tərkibində muxtariyyət kimi tanısaydılar, onun təkcə ermənilərin deyil, həm də azərbaycanlıların birgə idarəçiliyində olması düzgün olardı. 

“Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. İndi mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. O zaman mən özümü buna inandıra bilmədim. Bu mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürməsi lazımdır. Və bu gün mən bunu edirəm. Bunu öz üzərimə götürməsəm, başqa heç kim də götürməz. Bu, mənim borcumdur”, - Paşinyan deyib.