Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağda təxribat hazırlığı: Separatçılar Xankəndidə toplanmağa başladılar

Qarabağda sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdəki erməni separatçılar növbəti təxribata hazırlaşırlar.

Ermənistan mətbuatının məlumatına görə, hazırda separatçılar Xankəndidəki meydanda toplaşmağa başlayıblar.

Erməni separatçılar azərbaycanlı fəalların etiraz aksiyası keçirdiyi əraziyə yollanmaq istəyirlər. Onların məqsədinin etirazlar nəticəsində bağlanmış “yolu açmaq” olduğu qeyd edilir.

Azərbaycandakı müvəqqəti Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda - azərbaycanlı aktivist və QHT nümayəndələrinin etiraz aksiyası keçirdiyi ərazidə modul tipli yataqxanalar quraşdırmaq niyyətindədir. Yataqxanalar “KamAZ” markalı yük maşını ilə əraziyə gətirilib.

Modul tipli yataqxanaların yük maşınından götürülərək yerə qoyulması üçün qaldırıcı kran da gətirilib.

Ehtimal edilir ki, sülhməramlılar aksiyaların gecəyə qədər davam edəcəyi qənaətinə gəliblər.

Modul tipli yataqxanalar şəxsi heyəti qida və istirahətlə təmin etmək üçündür.