Qarabağda kütləvi qəbirstanlıqlarda 600 nəfərin meyitinin qalıqları aşkar edilib
30 Aprel 2024
2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra aşkar edilmiş kütləvi qəbirstanlıqlarda 600 nəfərin meyitinin qalıqları tapılıb. Bu brədə çərşənbə axşamı keçirilən brifinqdə Azərbaycan Baş Prokrurlluğunun İstintaq İdarəsinin əməkdaşı Selcan Familzadə bildirib.
Onun sözlərinə görə, 124 nəfərin qalıqları 2022-ci ildə, 133 nəfərin qalıqları 2023-cü və 48 nəfərin qalıqları 2024-cü ildə aşkar edilib.
Nümunələr itkin düşmüş şəxslərin ailə üzvlərindən götürülmüş bioloji nümunələrlə eyniləşdirmə aparılması üçün genetik ekspertizaya göndərilib.
Bu günə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 73 nəfərin qalıqları eyniləşdirilərək, kimliyi müəyyən edilib.
Kütləvi qəbirstanlıqlar Edilli, Daşaltı, Sarıcalı kəndlərində, Xocalı şəhərində, Əsgəran qəsəbəsində, Fərrux kəndində və Şuşa həbsxanası ərazisində, Füzuli rayinunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcər, Ağdam və digər yaşayış məntəqələrində aşkar edilib.
Birinci Qarabağ müharibəsində ümumilikdə 4 minə yaxın azərbaycanlı itkin düşüb. Daha 6 nəfər İkinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunur. Daha iki əsgər 2022-ci ildə əlverişsiz hava şəraitində itkin düşüb.
Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədr müavini Eldar Səmədov bildirib ki, itkin düşmüş 872 nəfər Birinci Qarabağ müharibəsindən sonra sağ qalmışdı.