Qarabağda keçmiş separatçı "mer" həbs edilib
27 May 2024
Separatçıların nümayəndəsi, Xankəndinin “eks-meri” David Sarkisyan 20 sutka həbs edilib.
"Sputnik-Armeniya” xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan sosial şəbəkədə məlumat yayıb.
Daha əvvəl təhlükəsizlik qüvvələri D.Sarkisyanın evində axtarış aparıblar. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam edir.