Qarabağa oğru kimi gələn Fransa prezidentliyinə namizədi toza basdılar - VİDEO
16 Mart 2022
Fransa prezidentliyinə sağ mərkəzçi “Respublikaçılar” partiyasından namizəd Valeri Pekresin üstünə toz atıblar.
Belə ki, o, Kiçik və Orta Müəssisələr Konfederasiyasında çıxış edəndən sonra “Akira” hərəkatının iki fəalı onun üstünə çəhrayı toz atıb.
Bundan sonra Pekres fəallara üz tutaraq onlarla danışmağı təklif edib. Bu zaman fəallardan biri deyib ki, buna dəyməz.
Qeyd edək ki, Valeri Pekres bir müddət öncə Qarabağa qanunsuz səfər etmişdi. Azərbaycan ərazisinə oğru kimi girən Pekresin səfəri barədə o, bölgəni tərk edəndən sonra açıqlama verilmişdi.
Hadisənin hansı səbəbdən baş verdiyi qeyd edilmir.