Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi olacaq
07 Fevral 2025
Bu ilin sentyabr ayından Qarabağ Universitetinin Klinikası və Tibb fakültəsi fəaliyyətə başlayacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev birifinqdə deyib.
O qeyd edib ki, növbəti ildə Qarabağ Universitetinə qəbul olanlar təhsil haqqından azad ediləcək, yataqxana ilə təmin olunacaqlar.