Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb - FOTO
30 Noyabr 2023
Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq.
Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq münasibətlər, Regionşünaslıq, Tarix, Kommunikasiya və rəqəmsal media, Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, İqtisadiyyat, Maliyyə marketinq, Menecment, Mühasibat, Turizm işinin təşkili, Turizm bələdçiliyi.

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.
Emin Əmrullayev Qarabağ Universitetində tədrisin gələn ilin sentyabrında başlayacaəını da deyib.
O bildirib ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulur: "30-40 akademik heyətin orada daimi yerləşməsi planı da var. İlkin mərhələdə müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaqlar".
E.Əmrullayev vurğulayıb ki, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları əsasında I kurs tələbələri, SABAH qruplarında təhsil alan gənclərin orada təhsil alması mümkün olacaq: "Bundan başqa, mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq. I mərhələdə 4 fakültənin olması planlaşdırılır. Növbəti mərhələdə ixtisas seçimlərinin sayı artırılacaq".