Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşüb
21 Fevral 2025
İşğaldan azad olunmuş ərazidə mina partlayyışı baş verib.
Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb.
Minaya düşən şəxs təcili tibbi yardım heyyəti tərəfindən partlayış baş verən ərazidən götürülüb. O, Bərdə Diaqnostika Mərkəzinə aparılıb.
Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Qeyd edək ki, zərərçəkənin atası Novruz İmanov 1991-ci ilin iyul ayında, qardaşı Mahal İmanov, həmçinin 2 nəfər yaxın qohumu ermənilər tərəfindən öldürülərək “KRAZ” markalı yük maşınında yandırılıb. Əslən Ağdərənin Sırxavənd kəndindən olan N.İmanov Birinci Qarabağ müharibəsinin bölük komandiri kimi ehtiyata buraxılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
