Qarabağ ermənilərinin geri qayıtması real deyil - Paşinyan
24 Noyabr 2023
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, hazırkı mərhələdə ermənilərin Qarabağa qayıtması real deyil. Bu barədə o, canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, "sentyabrın 19-dan sonra yaranan vəziyyət və Bakının etnik təmizləmə siyasəti dəyişməyib. Hazırda insanların qayıtması real olsaydı, insanlar ordan ümumiyyətlə getməzdi".
O, Ermənistandan Qarabağ ermənilərinin böyük axınının müşahidə olunmamasından məmnunluğunu bildirib. Baş nazir tezliklə bütün qarabağlıların Ermənistan vətəndaşlığı alacağına ümid edir.