Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Qaqarin" körpüsü artıq yoxdur... - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda Cavanşir körpüsü təhlükəsizlik məqsədilə sökülüb.

Ərazidə son durumu əks etdirən fotonu təqdim edirik.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov - Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. 

Artıq sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsini, həmçinin Cavanşir yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyini nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.