Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putinin andiçmə mərasimi keçirilib

Moskvada 5-ci dəfə dövlət başçısı seçilmiş Rusiyanın yeni prezidenti Vladimir Putinin inauqurasiya mərasimi baş tutub.

Vladimir Putin and içdikdən rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb. Bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib. 

Qeyd edək ki, bundan sonra yeni nazirlər kabineti formalaşdırılacaq.

V.Putin ölkəyə 2030-cu ilə qədər rəhbərlik edəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək keçirilib.