Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşıb, amma şərt irəli sürüb

Rusiya Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıyıq, lakin bu elə bir dayandırma olmalıdır ki, uzunmüddətli sülhə gətirib çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın”, - o, Rusiya-Belarus yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

Putin hesab edir ki, Ukraynada atəşkəs əldə olunması ideyası düzgündür, amma müzakirə edilməli olan məsələlər də var.

Putin qeyd edib ki, Rusiya Ukrayna ilə 30 günlük atəşkəsin tərəfdarıdır, lakin Kursk vilayəti də daxil olmaqla, nüanslar var:

"Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? 2 min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək? Hərbi əməliyyatların dayandırılması əmrini kim verəcək və bu məsələlərin qiyməti nədir? Bu razılaşmanı pozmaqda kim kimi günahlandıracaq? İdeyanın özü düzgündür, amma müzakirə etməli olduğumuz məsələlər var", - Rusiya lideri qeyd edib.

O, Trampla məlum məsələni telefonla müzakirə edəcəyini istisna etməyib.