Putin: Qərbin Rusiya ticarət gəmilərini ələ keçirməsinə “güzgü prinsipi” ilə cavab veriləcək
12 Avqust 2026
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ticarət gəmilərini ələ keçirməsi halında Moskvanın buna “güzgü prinsipi” ilə cavab verəcəyini vəd edib.
Putin bu açıqlamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının təlimləri zamanı “Varyaq” raket kreyserinin göyərtəsində verib.
“Rusiya öz ticarət gəmilərinin ələ keçirilməsinə yalnız həmin sularda deyil, istənilən yerdə, o cümlədən Sakit okeanda “güzgü prinsipi” ilə cavab verəcək”, — Rusiya dövlət başçısı vurğulayıb.