Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Qərbi hədələdi: "Qanuni hədəfimiz olacaqsız"

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələri hədələyərək onların aerodromlarının hədəfə alına biləcəyini bildirib.

TASS xəbər verir ki, bu barədə dövlət başçısı ölkəsinin Tver vilayətində hərbi pilotlarla danışarkən deyib.

“Əgər F-16-lar üçüncü ölkələrin aerodromlarından Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, – Putin söyləyib.

Prezident vurğulayıb ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.

Bununla belə, Putinin fikrincə, Ukraynaya mümkün F-16 tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək:

“F-16-lar versələr <…> bu, döyüş meydanında vəziyyəti dəyişməyəcək. Bu gün tankları, zirehli texnikaları və digər texnikaları, o cümlədən çoxsaylı buraxılış raket sistemlərini məhv etdiyimiz kimi, təyyarələri də məhv edəcəyik”.