Putin Paşinyana: "Təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə edək"
09 May 2024
Rusiya Prezidenti Vladimir Putin
və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçirilib.
Bu barədə
Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşün protokol hissəsində Kremlin rəhbəri qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir. Putin Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin rekord həcmdə artığını söyləyib.
Bundan əlavə, Putin Paşinyanla görüşdə qeyd edib ki, Avrasiya İqtisadi İttifaqında əməkdaşlıq bütün “beşlik” ölkələri, o cümlədən Ermənistan və Rusiya üçün müsbətdir.
Daha sonra Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyana bağlı qapılar arxasında regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi təklif edib.
Qeyd edək
ki, danışıqlar bu gün
Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının Ali İqtisadi Şurasının iclası
çərçivəsində baş tutub.