Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Putin nüvə silahına əl ata bilər” - ABŞ kəşfiyyatı

“Ukrayna tərəfindən Rusiyanın işğalına qarşı müqavimət davam edərsə, Rusiya prezidenti Vladimir Putin Qərbi nüvə silahı ilə hədələyə bilər”. Bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin hesabatında deyilir, - “Bloomberg” xəbər verir.



“Ukraynanın bir hissəsinin uzun müddətli işğalı Rusiya qoşunlarını tükəndirəcək, onların modernləşdirilmiş silah arsenalını azaldacaq. Bununla yanaşı, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu ölkəni uzunmüddətli iqtisadi depressiyaya və diplomatik təcrid vəziyyətinə salacaq”. Bu barədə Hərbi kəşfiyyat İdarəsinin direktoru, general-leytenant Skott Berriyer deyib.



ABŞ hərbçisinin fikrincə, Ukraynanın itaətsizliyi ilə Rusiyaya qarsı iqtisadi sanksiyaların birləşməsi “Rusiyanın qabaqcıl döyüş sursatları istehsal etmək qabiliyyətinə” təhdiddir.

“Bu müharibə və onun nəticələri Rusiyanın gücünü tədricən zəiflətdiyinə görə, Rusiya, çox güman ki, öz daxili və xarici auditoriyasına gücünü nümayiş etdirmək üçün əlini nüvə silahının üzərində saxlayacaq”, - ABŞ kəşfiyyatının hesabatında qeyd edilir.