Putin NATO-ya üzv olan Finlandiyaya problemlər vəd edib
17 Dekabr 2023
Rusiya prezidenti Vladimir Putin, Finlandiyanın NATO-ya qoşulduğu üçün "indi problem yaşayacağını" deyib. Eyni zamanda o, NATO-nun heç bir üzvü ilə mübarizə aparmaqda maraqlı olmadığını söyləyib.
Dövlət Televiziyasına verdiyi müsahibədə Putin Rusiyanın Finlandiya ilə sərhəddə "Leninqrad hərbi dairəsi" yaradacağını və orada qüvvələr cəmləşdirəcəyini vəd edib.
"Bu, onlara lazım idi?", - Putin deyib.
Buna baxmayaraq, Putin NATO ölkələri ilə ərazi mübahisələrinin olmadığını söyləyıb. Daha əvvəl o, ABŞ prezidenti Co Baydenin Rusiyanın Ukraynada dayanmayacağına dair açıqlamasına reaksiya verərək bunu "cəfəngiyat" adlandırıb.
Hazırda Rusiya Ukrayna, Gürcüstan və Moldovanın bir hissəsini işğal edib.