Putin miqrantların Rusiyadan çıxarılması ilə bağlı yeni qanun imzaladı
05 Avqust 2026
Rusiya Prezidenti Vladimir Putin miqrantların ölkədən çıxarılması üçün əlavə normaları özündə əks etdirən qanunu imzalayıb.
Bu barədə TASS agentliyi xəbər verir.
Bununla da əcnəbi vətəndaşların ölkədən çıxarılmasını nəzərdə tutan maddələrin sayı artıq 45-ə çatıb.
Beləliklə, yeni qanuna əsasən, insan hüquq və azadlıqlarının, eləcə də qanuni mənafelərinin pozulmasına, yəni diskriminasiyaya görə, Rusiya vətəndaşı olmayan şəxslərə ölkədən çıxarılma cəzası tətbiq olunacaq. Analoji cəza sərhədi keçərkən hərbçinin tələblərinə tabe olmamağa görə də nəzərdə tutulur.
Qanun üç ay ərzində qüvvəyə minəcək.