Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pul və vicdan arasında seçim - Puqaçovanın əri ölkədən qaçmaq ittihamlarına cavab verdi

Məşhur rusiyalı müğənni Alla Puqçovanın əri. Şoumen Maksim Qalkin sosial şəbəkə istifadəçilərinin ittihamına cavab verib.

Qeyd edək ki, Qalkin və Puqçova martın əvvəlində - Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra ölkəni tərk ediblər. Bundan sonra onların ünvanına vaxtaşırı “İsrailə qaçıblar”, “Sakit yerə gediblər, pulu isə Rusiyada qazanırlar” kimi əsəbi atmacalar səslənir.

Rusiyanın ən məşhur ulduz cütlüyü müdafiə olunmaq məcburiyyətindədir: Alla Puqaçova deyir ki, “dincəlmək və müalicə olunmaq ölkəni tərk etmək demək deyil” və əlavə edir ki, qayıdandan sonra “dili uzun olanlarla” haqq-hesab çürüdəcək. Nəhayət, Qalkin də dözməyib və “Instagram” sosial şəbəkəsində bu ittihamlara sərt cavab verib.

Hazırda onlar İsraildəki Kesariya şəhərində ev kirayə edir. Bu, ölkənin çox varlı bir hissəsidir, orada ən məşhur vəkillər, artistlər və biznesmenlər yaşayır. Alla, Maksim və onların övladları Liza və Harri vaxtaşırı oraya gedərək, sağlamlıqlarınn qayğısına qalır, müalicəvi iqlim və rahat atmosferdən həzz alırlar.



Sosial şəbəkə istifadəçiləri əmindirlər ki, milyonlar qazanmağa və cah-calal içində yaşamağa öyrəşmiş ulduz artist tezliklə həyatından şikayət etməyə başlayacaq. Qalkin isə dözməyərək gözlənilmədən pərəstişkarları ilə mübahisə edib. Yumorist həyat yoldaşından fərqli olaraq daha sərt mövqe sərgiləyib – o, var-dövlət ilə vicdan arasında sonuncunu seçib.



Qalkin yaradıcılığının unudulacağından da narahat deyil. O, qeyd edib ki, onun istedadının pərəstişkarları həmişə tapılacaq – çünki gülüş dünyanın yaşadığı çətin dövrdə ən yaxşı dərmandır.



Pərəstişkarları yumoristin Ukrayna hadisələrinə münasibətinə də xüsusi diqqət yetirirlər. Müharibə yeni başlayanda bir çox ulduzlar sosial şəbəkədə şəkil yerinə qara kvadrat qoymuşdular. Bu, baş verənlərə etiraz idi. Hələ fevralda Marqarita Simonyanın əri, televiziya aparıcısı Tiqran Keosayan həmkarları barədə ən sərt formada danışmış və təhqir etmişdi: “Sizə inam sıfırdır, qiymətiniz isə yeddi qəpikdir”.

Bu ifadə bir çox rusiyalının beynində qalmışdı. İndi Qalkinə həmin ifadəni təkrar etmişdilər. Amma görünür, Qalkin bu ittihamdan küsmür.



Cütlüyün Rusiyaya nə zaman qayıdacağı və ümumiyyətlə qayıdıb-qayıtmayacağı sual altındadır. Alla Puqaçovanın İsrailə münasibəti xüsusidir və o, dəfələrlə etiraf edib ki, bu ölkəni “güc mənbəyi” hesab edir.

Kesariya isə primadonna üçün xüsusi əhəmiyyət daşıyır. O, uzun illər öncə burada kilsədə Filipp Kirkorova ərə gedib. İndi isə Qalkinlə bir yerdə bu şəhərə gəlir. Burada daşınmaz əmlakın qiyməti çox bahadır. İki yataq otağı və vanna otağı olan kiçik villanın icarə qiyməti gündəlik 45 min rubldır.