Prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib, görülən işlərlə tanış olub
18 Fevral 2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərinə səfər ediblər.
Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, prezident və birinci xanım səfər zamanı “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.
Bundan başqa, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində, Ağdam şəhərində 1 268 mənzilli 2-ci yaşayış kompleksində, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə ilə tanış olublar.
Dövlət başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.
Prezidenti İlham Əliyev fevralın 18-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.