Logo
news content
User
Kateqoriyalar

Xəbər

Portuqaliya UEFA Millətlər Liqasının qalibi olub

Portuqaliya yığması UEFA Millətlər Liqasının final oyununda İspaniya yığmasını məğlub edib.

Qarşılaşma Münhendə baş tutub.

Matçın əsas və əlavə vaxtları 2:2 hesabı ilə başa çatıb. Portuqaliya millisinin heyətində qolları Nuno Mendeş (26-cı dəqiqə) və Kriştianu Ronaldu (61) vurub. İspaniya yığmasının heyətində Martin Subimendi (21) və Mikel Oyarsabl (45) fərqlənib. Penaltilər seriyasında isə portuqaliyalılar rəqiblərini 5:3 hesabı ilə məğlub edib.

Portuqaliya millisi ikinci dəfə UEFA Millətlər Liqasının qalibi olub. Bundan əvvəl komanda 2019-cu ildə turnirin qalibi olub.