Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşada prezident seçkilərində müxalifətin namizədi qalib gəlib

Polşada keçirilən prezident seçkilərində aparıcı müxalifət partiyası “Hüquq və Ədalət” (PiS) tərəfindən dəstəklənən Milli Yaddaş institutunun direktoru Karol Navrotski qalib gəlib.

Bu, Dövlət Seçki Komissiyasının bülletenlərin 100%-i sayıldıqdan sonra məlum olub. Navrotski 50,9% faiz, hakim Vətəndaş Koalisiyasının namizədi, Varşava meri Rafal Tşaskovski isə 49,1% faiz səs toplayıb.

Qeyd edək ki, exit-poll məlumatları da Karol Navrotskinin 51% səs topladığını göstərirdi.

Karol Navrotskinin 42 yaşı var. O, seçkilərdə Varşava meri, hakim Vətəndaş Koalisiyasının namizədi 53 yaşlı Rafal Tşaskovski ilə mübarizə aparıb.