Polşa Ukraynaya 200 milyon avroluq yardım paketi hazırlayıb
26 Fevral 2025
Polşa Ukraynaya dəyəri 200 milyon avrodan çox olan hərbi yardımın daha bir hissəsini köçürməyə hazırlaşır.
Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış Nazirlər Kabinetinin iclasının yekununda bildirib.
“Biz Ukraynaya çoxlu ianələr təqdim etmişik. İndi növbəti, dəyəri 200 milyon avrodan çox olan 46-cı ianəni hazırlayırıq”, - o deyib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Polşanın Baş naziri Donald Tusk ölkəsinin Ukraynaya 100 milyon avro məbləğində növbəti - 45-ci yardım tranşını təqdim edəcəyini bildirmişdi.