Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa parlamenti Rusiyanı terrorçu dövlət kimi tanıdı

Polşa Seymi (parlamentin aşağı palatası) Rusiyanın terrorizmi dəstəkləyən dövlət olaraq tanınmasına dair qətnamə qəbul edib.

Bu barədə məlumatı Seym yayıb.

Bununla yanaşı, polşalı deputatlar Rusiyanı “soyqırımıda və terror vasitələrindən istifadə etməkdə” ittiham ediblər.

Sənəddə deyilir ki, Rusiya sistematik olaraq insan haqlarını, beynəlxalq hüququ, BMT nizamnaməsini pozur və iqtisadi fəaliyyətə qarşı yönələn hərbi cinayətlər törədir.