Logo
news content
User
Kateqoriyalar

Xəbər

PKK-nın daha bir qolu Öcalanın atəşkəs çağırışını dəstəkləyib

PKK terror təşkilatının daha bir qolu olan HPG İmralı həbsxanasındakı Abdullah Öcalanın atəşkəs çağırışına qoşulub.

Bu barədə “A Haber” xəbər verir. 

Qeyd olunub ki, PKK İran – İraq sərhədindəki Kandil bölgəsində elan etdiyi atəşkəs bütün qruplara aiddir: “Hər kəs bu qərara əməl etməlidir. Qərardan kənara çıxma hallarına yol verilməməlidir”.

Xatırladaq ki, daha əvvəl PKK terror təşkilatının həbsdə olan rəhbəri Abdullah Öcalan tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış edib. Bunun ardınca PKK terror təşkilatı Kandildə atşəkəs elan edib.