Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pikenin pulundan asılı qalan "Barselona"

İspaniyanın "Barselona" futbol klubu yeni transflər - Robert Levandovski, Jül Kunde, Frank Kessye və Andreas Kristenseni qeydiyyatdan keçirə bilmir.

ARA Sports xəbər verir ki, səbəb Kataloniya təmsilçisinin müdafiəçisi Jerar Pikenin məvacibidir. 35 yaşlı oyunçuya 2022/2023 mövsümü üçün 52 milyon avro maaş ayıran klub ondan məbləğin böyük hissəsindən imtina etməsini istəyir.

Pike güzəştə getməyə razı olmasa, “Barselona” dördüncü iqtisadi rıçaqı işə salmalı olacaq ki, bu da televiziya hüquqlarının daha çox satışı və "Barça Studios" şirkətinin fond bazarına fəal daxil olmasını nəzərdə tutur.