Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Pfizer"in yaradıcısından xəbərdarlıq: "Omikronun peyvəndlərdən yayınan yeni subvariantı yarana bilər"

“Ölkələr payızda gücləndirilmiş kampaniyalara başlayarkən COVID-19-un Omikron variantının peyvəndlərdən yayına bilən yeni subvariantı ortaya çıxa bilər”.

Bu barədə COVID-19 əleyhinə hazırlanan “Pfizer” vaksininin təsisçisi türk alim Uğur Şahin “Financial Times”a müsahibəsində bildirib.



O, yeni dalğanın qarşısını almaq üçün səlahiyyətliləri alt varianta qarşı yaratdıqları peyvəndin təsdiq prosesini sürətləndirməyə çağırıb:

“Yeni peyvəndlərin kütləvi istehsala keçməsi üç aya qədər çəkə bilər. Əlavə klinik sınaqlara ehtiyac olmadan peyvəndi ən son məlumatlara uyğunlaşdırmaq imkanının olması faydalı olardı”.