Peskov: Sülhməramlıların Qarabağdan çıxması regiondakı mövcud reallıqlara uyğundur
23 Aprel 2024
Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.
Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların çıxarılması - red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, - Peskov deyib.